Avqustun 1-də Ukrayna prezidenti Vladimir Zelenski təhlükəsizlik qüvvələrinin və hərbçilərin hesabatlarını dinləyib.
Vətəninfo.az xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.
Buna əsasən, Ukraynanın daxili işlər naziri İqor Klimenko prezidentə ötən gecə sərhədyanı rayonlara edilən hücumlar və Xarkovun atəşə tutulması barədə məruzə edib.
“Mən baş komandan Zalujninin cəbhədəki vəziyyətlə bağlı məlumatını eşitdim. Komandirlər Sirski və Tarnavski də hesabat veriblər”, – Ukrayna dövlətinin başçısı bildirib.
Zelenski əlavə edib ki, ona Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun qapalı hesabatı da təqdim olunub.