image-1backend

 Zelenski:”Qələbə Planını bu həftə avropalı müttəfiqlərə təqdim edəcəyik”

image-reklam_sirab_01

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə müharibəni bitirmək üçün hazırladıqları Qələbə Planını bu həftə avropalı müttəfiqlərə təqdim edəcəklərini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, rəsmi internet səhifəsində paylaşım edən Volodimir Zelenski 2022-ci ilin 24 fevralından etibarən davam edən Ukrayna-Rusiya müharibəsini qiymətləndirib.

Bu müharibəni bitirmək üçün Qələbə Planı hazırladıqlarını xatırladan Volodimir Zelenski deyib: “Rusiyanı ədalətli şəkildə müharibəni bitirməyə məcbur etmək üçün bu həftə bütün avropalı tərəfdaşlarımıza strategiyamızı (Qələbə Planı) təqdim edəcəyik”.

V.Zelenski planı Ukrayna xalqına təqdim edəcəklərini ifadə edərək deyib:”Qələbə Planı, əlbəttə ki, tərəfdaşlarımızdan aldığımız ilk cavabla ictimaiyyətə açıqlanacaq. Bizim və Ukraynadakı hamının həqiqətən, maksimum dəstəyə ehtiyacı var”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki