Vətəninfo.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Qərbin bir gün Ukraynanı NATO-ya qəbul edəcəyi ilə bağlı verdiyi vədlər yalandır.
Onun sözlərinə görə, müharibəyə baxmayaraq, ABŞ və Almaniya Rusiya ilə əlaqələri davam etdirib.
“Bəzi dövlətlər üçün hesab edirəm ki, bu, əvvəldən çox şəffaf siyasət deyildi. NATO-ya daxil olmağımızı dəstəkləmədilər və bunlar sadəcə yalan idi ki, bəli, Ukrayna NATO-da olacaq. Bu, Ukraynaya və ukraynalılara qarşı ədalətsizlik idi və Avropa liderləri tərəfindən də vicdansızlıq idi. Onlar danışanda söz verdilər ki, biz NATO-da olacağıq”, – deyə Zelenski vurğulayıb.
O qeyd edib ki, Almaniya və ABŞ zəif vəziyyətdədirlər, çünki Rusiyanın hərəkətlərinə baxmayaraq, onunla dialoq aparırlar.