image-reklam-veteninfo
image-1backend

Zelenski: “Rusiya ilə danışıqlarda Avropanı beş ölkə təmsil edəcək”

image-reklam-veteninfo

Bu gün Ukrayna, Amerika və Avropa danışıqlar qrupları arasında daha bir müzakirə baş tutub. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib .

“Diplomatik səylər fəal şəkildə davam edir və ümid edirik ki, onlar boşa getməyəcək. Komandamız mümkün qədər konstruktiv işləyir. Müharibənin ləyaqətlə başa çatması və Ukrayna üçün təhlükəsizlik zəmanətləri lazımdır. Amerika tərəfi də fəal iştirak edir: Stiv Vitkoff və Cared Kuşner müzakirəyə onlayn qoşulublar. Avropa ilk dəfə olaraq bu müzakirədə Rusiya tərəfi ilə danışıqlarda onu təmsil edəcək şəxslər: Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, eləcə də Avropa Komissiyası, Avropa Şurası və NATO nümayəndələri tərəfindən tam şəkildə təmsil olunub.”

Zelenski qeyd edib ki, “Müzakirə asan keçmədi, amma nəticə var: danışıqlar prosesində konkret addımları birgə hazırlamaq üçün Berlində “İstəklilər Koalisiyası” çərçivəsində görüşəcəyik”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki