image-reklam-veteninfo
image-1backend

Zelenski Rusiyanın Kiyevə hücumuna görə Cənubi Afrikaya səfərini ləğv edib

image-reklam-veteninfo

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın kütləvi hücumuna görə Cənubi Afrikaya (SAA) planlaşdırılan səfərinin bir hissəsini ləğv edib. O, dərhal Ukraynaya qayıdır.Vətəninfo.az xəbər verir ki , bu barədə Zelenski öz Telegram kanalında məlumat verib.

“Bu səfərin proqramının bir hissəsi ləğv edilib və Cənubi Afrika Respublikasının Prezidenti ilə görüşdən sonra mən dərhal Ukraynaya qayıdacağam”, – prezident deyib.

“RBC-Ukrayna” qəzeti qeyd edir ki, Ukrayna prezidenti Vladimir Zelenski aprelin 23-də axşam birinci xanımı ilə Cənubi Afrika Respublikasına gəlib.

Aprelin 24-nə keçən gecə Rusiya Ukraynaya qarşı yeni kütləvi zərbələr endirib. Hücumda əsas diqqət Kiyev idi. Ukraynanın paytaxtı raket və dronlarla hücuma məruz qalıb. Kiyevdəki hücumda 9 nəfər ölüb, 70-dən çox insan yaralanıb. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki