Ukrayna prezidenti Vladimir Zelenski parlamentin daha əvvəl qəbul etdiyi hərbi vəziyyət və ümumi səfərbərliyin 90 gün müddətinə uzadılması haqqında qanunları noyabrın 15-dək ratifikasiya edib. Vətəninfo.az TASS istinadən xəbər verir ki, bu barədə Radanın deputatı Yaroslav Jeleznyak məlumat verib.
Ali Rada iyulun 27-də hərbi vəziyyətin uzadılması haqqında qanunları qəbul edib. Ölkədə hərbi vəziyyətin belə bir müddətə uzadılması Ukraynada oktyabrda keçiriləcək parlament seçkilərinin ləğvi deməkdir.
Ukraynada parlament və prezident seçkilərinin mümkün ləğvi ilə bağlı müzakirələr uzun müddətdir ki, davam edir.
Zelenski dəfələrlə bəyan edib ki, dövlət başçısının seçilməsi yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra baş tuta bilər.
Ali Radanın sədri Ruslan Stefançuk da qeyd edib ki, qanuna görə, hərbi vəziyyət dövründə hər hansı seçkinin keçirilməsi mümkün deyil.