Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın hücumunun nəticələrini öz gözləri ilə görmək üçün Donald Trampın Ukraynaya səfərini alqışlayacağını bildirib. Vətəninfo.az xəbər verir ki, o, bu barədə CBS News telekanalına müsahibəsində bildirib .
“Biz sizin mövqeyinizə hörmətlə yanaşırıq. Amma lütfən, hər hansı qərar, danışıqlar planı verməzdən əvvəl gəlin və məhv edilmiş və ya ölən insanlara, mülki şəxslərə, əsgərlərə, xəstəxanalara, kilsələrə, uşaqlara baxın”, – deyə Zelenski bildirib.
O, həmçinin əlavə edib ki, ABŞ bu müharibədə bitərəf qalmamalı və Tramp qüdrətli dövlətin başçısı kimi Ukraynanı dəstəkləməlidir, Ukraynanın “Home in Ukraine” saytı xəbər verir.