image-reklam-veteninfo
image-resize-1backend

Zelenski Trampı Putinlə gizli razılaşmada ittiham etdi: “Ukraynadan vasitə kimi istifadə olunub”

image-reklam-veteninfo

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə Rusiya dizel yanacağının dünya bazarlarına ixracı məsələsində razılaşmasını tənqid edib. O, bu addımın Ukraynaya qarşı qeyri-səmimi münasibət olduğunu və tərəfdaşlıq prinsiplərinə ziddiyyət təşkil etdiyini bildirib.

Vətəninfo.az xəbər verir ki, bu barədə UNIAN agentliyi məlumat yayıb.

Zelenski jurnalistlərə “WhatsApp” vasitəsilə göndərdiyi səsli mesajda qeyd edib ki, Ukrayna nümayəndə heyəti hazırda ABŞ tərəfi ilə danışıqlar aparmaq üçün Floridada ikigünlük səfərdədir.

Ukrayna liderinin sözlərinə görə, danışıqların əsas məqsədi Rusiya-Ukrayna müharibəsinə son qoymaq və ya ən azı atəşkəsə nail olmaqdır. O hesab edir ki, ilkin mərhələdə enerji infrastrukturuna qarşı hücumların dayandırılması ilə bağlı razılıq əldə etmək mümkündür.

Zelenski vurğulayıb ki, belə bir razılaşma Ukrayna xalqı və ailələr üçün xüsusi əhəmiyyət daşıyır. Bununla belə, onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti Floridada Amerika tərəfi ilə danışıqlar apardığı vaxt ABŞ Prezidenti Donald Tramp Kreml rəhbəri Vladimir Putinlə müzakirələr aparır.

“Bu, xalqımız və ailələrimiz üçün çox vacibdir. Məhz bizim nümayəndə heyətimiz Floridada Amerika tərəfi ilə danışıqlar apardığı bir vaxtda ABŞ Prezidenti Kreml rəhbəri, bu müharibənin və təcavüzün rəhbəri ilə danışıqlar aparır”, – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti hesab edir ki, Tramp və Putin arasında Rusiya dizel yanacağının ixracına icazə verilməsi ilə bağlı əldə olunan razılaşma Moskvanın əlavə gəlir əldə etməsinə şərait yarada bilər. Onun fikrincə, bu vəsait Rusiyanın Ukraynaya qarşı müharibəni davam etdirmək imkanlarını gücləndirə bilər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki