image-image_750x_64ad3562cb316backend

Zelenski: “Ukrayna da hörmətə layiqdir”

image-reklam_sirab_01

Ukrayna prezidenti Vladimir Zelenski NATO-nun Vilnüs sammitində iştirak edəcəyini açıqlayıb və müttəfiqlərini Ukraynanın alyansa üzvlüyü ilə bağlı qərarsız olduqlarına görə tənqid edib. Vətəninfo.az xəbər verir ki, o, bu barədə Telegram-da məlumat verib.

“Ukrayna NATO sammitində Vilnüsdə təmsil olunacaq. Çünki hörmətdir. Amma Ukrayna da hörmətə layiqdir”, – deyə Ukrayna dövlətinin başçısı bildirib.

“İndi Vilnüsə gedərkən müəyyən ifadələrin və qətnamələrin Ukraynasız müzakirə olunduğuna dair siqnallar aldıq. Mən vurğulamaq istəyirəm ki, söhbət Ukraynanın üzvlüyündən yox, yalnız dəvətdən gedir. Ukraynanın həm dəvətinə, həm də üzvlüyünə vaxtın olmadığı və əvəzində hətta Ukraynanı dəvət etmək üçün “ilkin şərtlər”lə bağlı qəribə ifadələrin əlavə edilməsi görünməmiş və absurddur”, – o qeyd edib.

Zelenskinin sözlərinə görə, “Görünür, Ukraynanı NATO-ya dəvət etməyə və ya onu alyansa üzv etməyə hazır deyil”.

“Bu o deməkdir ki, Rusiya ilə danışıqlarda Ukraynanın NATO-ya üzvlüyü üçün bazarlıq etmək imkanı var. Rusiya üçün isə gələcəkdə terrorunu davam etdirmək motivasiyası deməkdir. Qeyri-müəyyənlik zəiflikdir. Mən isə sammitdə bunu səmimiyyətlə müzakirə edəcəyəm”, – deyə Ukrayna prezidenti bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki