image-1backend

Zelenski: Ukrayna hələ də Rusiyadakı hədəflərə zərbələr endirmək üçün ABŞ-ın icazəsini gözləyir

image-reklam_sirab_01

Ukrayna prezidenti Zelenski CNN-in müxbiri Fərid Zəkəriyyəyə müsahibəsində deyib ki, Kiyev hələlik ABŞ-dan Rusiya ərazisindəki hədəflərə uzaq mənzilli silahlarla zərbələr endirmək üçün icazə almayıb.

Vətəninfo.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukraynanın Rusiya hərbi bazalarına və hərbi hava limanlarına hücum etmək üçün belə silaha ehtiyacı var. Lakin Kiyev belə icazə gözləyərkən, Rusiya, Zelenskinin sözlərinə görə, döyüş təyyarələrini daha uzun məsafəyə geri çəkdi.

“İndi Rusiya 100 km, 150 km, 300 km-dən 500 km-ə qədər olan təyyarələrini geri çəkməyə başlayıb. Və bizə daha çox icazə lazımdır”, – deyə Ukrayna prezidenti bildirib.

Ukraynanın Rusiya ərazisinə uzaq məsafədən zərbələr endirmək üçün ABŞ-dan artıq icazə alıb-almaması sualına Zelenski belə cavab verib: – Yox, hələ yox.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki