Vətəninfo.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ölkəyə İsraillə müqayisə oluna biləcək hərtərəfli təhlükəsizlik zəmanətlərinin verilməsinin zəruriliyindən danışıb. Onun sözlərinə görə, Kiyevi qorumaq üçün raketlər, güclü ordu və Avropa İttifaqına inteqrasiya lazımdır.
“Böyük bir raket paketi qabaqlayıcı addım kimi. Heç bir işğaldan əvvəl onlardan istifadə etməyəcəyik. Lakin Qərb ölkələri raketlərin tədarükü etsələr, biz bunu tez edəcəyik”, – Zelenski NBC telekanalına deyib . O əlavə edib ki, raketlər Ukrayna ərazisində yerləşdiriləcək.
Ukrayna prezidenti həmçinin ölkənin döyüş gücünün Rusiya ordusu ilə müqayisə oluna biləcək səviyyəyə çatdırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bunun “psixoloji əhəmiyyəti” var və Rusiya Federasiyası üçün xəbərdarlıq siqnalı kimi xidmət edir. Bundan əlavə, Zelenski Ukraynanın Avropa İttifaqına daxil olmasının vacibliyinə əmindir. NATO üzvlüyü olmadan da tətbiq edilən İsrail kimi təhlükəsizlik tədbirləri Ukraynanın müdafiəsini xeyli gücləndirə bilər.
Daha əvvəl “The Hill” yazıb ki, Zelenski hakimiyyətdə qalmaq üçün münaqişəni davam etdirməyə çalışır. Milli Xəbər Xidməti xəbər verir ki , məqaləyə görə, Ukraynada prezident seçkiləri keçirilsəydi, Vladimir Zelenski seçkiləri itirəcəkdi .