Ukrayna silahlı qüvvələri və ölkənin hərbi sənaye kompleksinin nümayəndələri yeni “Ruta” raketinin uğurlu sınaqlarını keçiriblər. Vətəninfo.az -ın “Meduza” nəşrinə istinadən verdiyi məlumata görə , bunu Ukrayna Prezidenti Vladimir Zelenski Boris Paton adına milli mükafatın təqdimetmə mərasimində çıxışı zamanı deyib.
Zelenski raketin heç bir texniki xarakteristikasını təqdim etməyib.
Ukrayna prezidenti həmçinin 2024-cü ilin avqustunda ilk dəfə döyüş şəraitində istifadə edilən yeni uzaqmənzilli raket-dron “Palyanitsa”nın kütləvi istehsala keçdiyini açıqlayıb. Döyüşlərdə “Peklo” raket-dronundan da uğurla istifadə olunub.
“Peklo” raket-dronu ilk dəfə döyüşdə uğurla istifadə edilib. Ötən gün ilk partiyanı Müdafiə Qüvvələrimizə təhvil verdik. Uzaq mənzilli “Neptun” tezliklə işğalçılar üçün dəhşətli reallığa çevriləcək”, – deyə Zelenski əlavə edib.
Ukrayna prezidentinin sözlərinə görə, Rusiyaya qarşı müharibədə Ukraynada müxtəlif məqsədlər üçün “aktiv istifadə olunan” PUA-lar hazırlanıb və istehsal edilib. Onlar həm cəbhədə, həm də düşmənin arxasında istifadə olunur”, – deyə Zelenski bildirib.