Ukrayna prezidenti Vladimir Zelenski yalan danışdı və ABŞ-ın təklif etdiyi mineral sazişini rədd etdi.
Vətəninfo.az xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubio bildirib.
“Oxudum ki, Zelenskinin ABŞ-ın maliyyə naziri Skott Besantla görüşü zamanı razılaşmadan imtina etdiyini deyib. Lakin həmin görüşdə belə deyildi”, – Rubio deyib.
Xatırladaq ki, Zelenski Münhen Təhlükəsizlik Konfransı zamanı ABŞ-la müvafiq sazişi imzalamadığını bəyan etmişdi, çünki bu saziş Ukraynanın maraqlarını qorumağa hələ hazır deyil.