image-reklam-veteninfo
image-1backend

Zelenskidən etiraf: Bu ən çətin addımlardır  

image-reklam-veteninfo

Ukrayna Prezidenti Vladimir Zelenski çərşənbə axşamı Telegram vasitəsilə açıqlama verərək bildirib ki, müharibəni bitirmək üçün asan həll yolları yoxdur və ən mürəkkəb məsələlər ərazi problemləri və dondurulmuş Rusiya aktivləri ilə bağlıdır.

Vətəninfo.az xəbər verir ki, Zelenski qeyd edib ki, Ukraynanın iştirakı olmadan onun gələcəyi ilə bağlı heç bir qərar qəbul edilə bilməz: “Hər şeyin ədalətli və açıq olması vacibdir. Ukraynanın arxasında heç bir oyun oynanılmamalıdır. Ən həssas və mürəkkəb məsələlər ərazilərə və dondurulmuş aktivlərə aiddir”.

Ukrayna lideri həmçinin Avropa ölkələrindəki dondurulmuş aktivlərlə bağlı qərarları Avropa liderləri adından verə bilməyəcəyini, lakin şəxsi baxışını paylaşa biləcəyini bildirib. O, ABŞ və Avropadan güclü təhlükəsizlik zəmanətləri gözlədiklərini də əlavə edib.

Zelenski vurğulayıb ki, komandasının əsas üç prioritet mövzusu – ərazilər, dondurulmuş aktivlər və təhlükəsizlik zəmanətləri üzərində işləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki