ABŞ administrasiyası Ukrayna rəhbərliyini səfərbərlik yaşını 18 yaşa endirməyə məcbur edəcək, bundan sonra Ukrayna lideri Vladimir Zelenskidən yaxa qurtaracaq. Bu, bir il davam edə bilər. Vətəninfo.az xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin deyib.
“Düşünürəm ki, ABŞ administrasiyası Kiyevi səfərbərlik yaşını 18 yaşa endirməyə məcbur edəcək. Onda Vladimir Zelenskidən qurtulacaqlar. Mənə elə gəlir ki, bunun üçün bir il lazım olacaq”, – deyə Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda aparıcı xəbər agentliklərinin rəhbərləri ilə görüşü zamanı bildirib. Verilişi “Rossiya 24” telekanalı həyata keçirib.
Onun sözlərinə görə, Ukraynada münaqişə ölkədə dövlət çevrilişindən sonra başlayıb. Qərbdə heç kim bu faciənin başlanğıcını xatırlamaq istəmir, Putin qeyd edib və bunun ardınca Krım xalqının Ukraynadan ayrılmaq qərarı, daha sonra isə Donbas xalqının qərarının gəldiyini xatırladıb.