image-image_750x_645e0f0736e3dbackend

Zelenskiv“Eurovision 2023” finalında çıxış etməkdən imtina ETDİ

image-reklam_sirab_01

“Eurovision 2023” musiqi müsabiqəsinin təşkilatçıları Ukrayna prezidenti Vladimir Zelenskinin finalda 160 milyon tamaşaçını bir daha Kiyevi Rusiyaya qarşı münaqişəsində dəstəkləməyə çağıracağı video çıxışı etmək imkanından məhrum ediblər. Vətəninfo.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.

Avropa Yayım Birliyinin (EBU) rəhbərliyi musiqi yarışmasının beynəlxalq əyləncə şousu olduğunu, onun əsas cəhətlərindən birinin “qeyri-siyasi mahiyyəti” olduğunu xatırladıb. Müsabiqənin təşkilatçıları bu prinsipin müsabiqə çərçivəsində siyasi və ya oxşar bəyanatlar verməyi qadağan etdiyini vurğulayıblar.

Bu il Britaniyanın BBC telekanalı Ukraynanın İctimai Yayım Şirkəti adından Liverpulda Eurovision Mahnı Müsabiqəsi keçirir. BBC tədbirin hər üç canlı yayımında Ukraynanın musiqisi və mədəniyyətinin canlı şəkildə təqdim olunmasını təmin edib.

Əvvəllər Zelenskinin Oskarda çıxış etmək istəyi rədd edilmişdi və o, sentyabrda keçiriləcək Toronto Beynəlxalq Film Festivalında olmayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki