image-1backend

Zəngəzurda hər axşam Prezident Əliyevin çıxışına qulaq asırlar – ermənilər panikada…

image-reklam_sirab_01

Ermənistanın cənubunda geosiyasi oyunçuların fəallaşması yerli camaatın təşvişinə səbəb olur və hesab edirlər ki, böyük dövlətlərin güclənən rəqabəti təhdidləri artırır – ekspert Rusiyanın şok ssenarisini açıqladı… 

Zəngəzurdakı erməni telekanalının jurnalist əməkdaşı Tiqranui Badalyan deyib ki, o, hər axşam yatmazdan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları olan videoçəkilişlərə baxır. “AzadlıqRadiosu”nun Vaşinqton redaksiyasına müsahibəsində jurnalist bildirib ki, “düşmən ölkənin” dövlət başçısının çıxışlarına bu cür maraq ona “sabah müharibə olub-olmayacağını öyrənməyə” imkan verir.

Azərbaycan sentyabrda Qarabağ üzərində tam suverenliyini bərpa etdikdən sonra bir sıra Qərb nəşrləri və beyin mərkəzləri Zəngəzur dəhlizi üzərində yeni Ermənistan-Azərbaycan toqquşmalarının baş vermə ehtimalının yüksək olması barədə mütəmadi olaraq bəyanatlar verirlər. “Hər səhər oyanıram və başa düşürəm: yaxşı, bu gün müharibə yoxdur. Çünki hər gün müharibə gözləntisi var”, – Badalyan belə deyib. “Hər dəfə ev üçün nəsə almaq, təmir işləri aparmaq və ya yeni mebel almaq istəyəndə bir sual haqqında düşünürəm: sabah müharibə başlayacaqmı? Axı o zaman mən hər şeyi itirəcəm”, – erməni jurnalist bildirir. Onun sözlərinə görə, Zəngəzurda və ümumilikdə Azərbaycanla həmsərhəd yaşayış məntəqələrində insanlar qorxu içində yaşayırlar.

Bu mövzuda Haqqın.az yazır ki, ermənilərin qorxmalarına heç bir əsas yoxdur, çünki Prezident İlham Əliyev, eləcə də Azərbaycan diplomatiyasının yüksək səviyyəli nümayəndələri Qərb mediasının “Zəngəzura qəfil hücum” uydurmalarını təkzib edirlər. Azərbaycan Ermənistana qarşı hərbi əməliyyatlara başlamaq niyyətində deyil və planlaşdırmır. Yeri gəlmişkən, Vaşinqtondakı yüksək rütbəli amerikalı məmur “AzadlıqRadiosu”na da bildirib ki, ABŞ-da Azərbaycanın Zəngəzurda hərbi əməliyyata başlamasının labüdlüyünü təsdiq edən məlumat yoxdur. “Bizim heç bir məlumatımız yoxdur. Azərbaycan açıq şəkildə bəyan edib ki, Ermənistanın suveren ərazisini təhdid etmək niyyətində deyillər”. Bununla belə, mənbə əlavə edib ki, ABŞ vəziyyəti diqqətlə izləyir. “AzadlıqRadiosu”nun reportajında Qərb dövlətlərinin Zəngəzurun Ermənistan hissəsində kəndləri inkişaf etdirmək üçün bir sıra layihələr həyata keçirməsindən bəhs edilir. Məsələn, Avropa İttifaqı regional inkişaf proqramına 106 milyon dollar ayırıb.

Zəngəzurdakı vəziyyətlə təkcə Qərb dövlətləri deyil, İran və Rusiya ilə həmsərhəd olan ölkələr də maraqlıdır. Amerikalı jurnalistlərin fikrincə, İran bayrağı Qafandakı konsulluğun üstündə qaldırılıb. Rusiya bölgədəki qoşunlarının, Avropa İttifaqı isə Zəngəzurda müşahidə missiyasının sayını artırır. Amma Ermənistan ərazisində və ilk növbədə Zəngəzurun erməni hissəsində geosiyasi oyunçuların fəallaşması yerli ermənilərin narahatlığına səbəb olur və onlar hesab edirlər ki, böyük dövlətlər arasında güclənən rəqabət siyasi riskləri və təhdidləri artırır. “Azərbaycandan guya hərbi təhlükə gözlənilməsi ilə bağlı bəyanatlar Ermənistanın əlinə oynayır”. Bu fikri isə hərbi ekspert, Müdafiə Nazirliyinin informasiya-analitik idarəsinin keçmiş əməkdaşı Azad İsazadə “Kavkazskiy uzel” nəşrinə açıqlamasında deyib ki, Azərbaycanın hərbi işğalı təhlükəsi uydurmadır. “Azərbaycanın Ermənistanda heç bir hərbi hədəfi yoxdur. Bəli, Zəngəzur dəhlizi məsələsi həll olunmamış qalır. Amma artıq rəsmi səviyyədə Bakı bəyan edib ki, Ermənistana heç bir ərazi iddiası yoxdur və hərbi yolla dəhliz açmaq niyyətində deyil. Bu bəyanatlar real addımlarla, xüsusən də Zəngilan rayonundan Naxçıvan Muxtar Respublikasına İran ərazisindən keçməklə alternativ yolun tikintisinə başlanılması ilə təsdiqlənir. Zəngəzur dəhlizi ilə bağlı problemin güc yolu ilə həlli Bakı üçün beynəlxalq səviyyədə fəsadlar yarada və Azərbaycana kənar təzyiqləri artıra bilər”, –  deyə hərbi ekspert vurğulayıb.

Qabil Hüseynli: “Türkiyə Cənubi Qafqaz uğrunda Rusiya ilə toqquşmalı olacaq” » Reyting.az

Qabil Hüseynli

Bu mövzuda danışan professor Qabil Hüseynli də Azərbaycanın Zəngəzurla bağlı hərbi əməliyyatlara başlayacağını gözləmir. Onun fikrincə, hazırda sülh müqaviləsinin ilin sonuna qədər imzalanması məsələsi gündəmdədir və Azərbaycanın Ermənistana göndərdiyi şərtlər qəbul olunub: “İndi sülh danışıqlarının harada keçiriləcəyi məsələsi qalıb. Çoxlarına elə gəlir ki, Brüssel platforması daha cəlbedicidir. Mediada da ilin sonuna qədər sülh sazişi bağlanacağı ehtimalı haqda analitik yazılar dərc olunur. Belə şəraitdə inana bilmərəm ki, sülh müqaviləsini pozan, regionda gərginliyi artıran addımlar atılsın və Azərbaycan Zəngəzurla bağlı hərbi əməliyyatlara başlasın. Bu, dünya tərəfindən də qəbul edilməyəcək”. Onun sözlərinə görə, Ermənistan dəhlizi açmağa da hazırdır, sadəcə, yola nəzarət məsələsində anlaşmaya əsasən Rusiyanın varlığının olması işi İrəvan üçün çətinləşdirir: “Rusiya xatırladır ki, dəhlizə nəzarət Federal Təhlükəsizlik Xidmətinin mühafizə bölməsinə aiddir. Bu məsələdə İrəvanla Bakı arasında hər hansı fərqli yanaşma yoxdur, amma Rusiya ciddi surətdə öz istəklərini ortaya qoyur. Hər halda, Zəngəzur bölgəsində münasibətlərin mürəkkəbləşməsində Ermənistanın da səhvləri az deyil. Axı onun nəyinə lazım idi ki, İran Qafanda konsulluq açsın?! Daha sonra da Rusiya baş konsulluq açır, Fransa da oxşar niyyətini dilə gətirib və beləliklə, kifayət qədər mürəkkəb mənzərə yaranıb. Bu baxımdan, Ermənistan hakimiyyətinin yanlış strategiyasını qeyd etmək olar. Əgər bu səhvlərə yol verilməsəydi, dəhlizin açılmasında çətinlik yaranmazdı, Azərbaycana qarşı bu ittihamlar da səslənməzdi. Lakin bir daha bildirirəm ki, sülh mətninin razılaşdırılması və şərtlərin qəbul edilməsi ərəfəsində Azərbaycanın Zəngəzura hərbi yolla girəcəyi haqda aparılan təbliğat yalandır”.

Oxu.az - Ramiyə Məmmədova: “Türkiyə seçicisi başa düşür ki, Ərdoğan xarizmatik liderdir”

Ramiyə Məmmədova 

Siyasi şərhçi Ramiyə Məmmədova Zəngəzur uğrunda mübarizə getdiyini, prosesin hərbi eskalasiya həddinə gəlib çıxma riski olduğunu hesab edir. Ekspertin fikrincə, buna qədər hadisələrin inkişafından hər şey asılıdır. Təhlilçinin sözlərinə görə, Ermənistan vəziyyəti gərginləşdirən addımlar atmağa davam edərsə, sərhəddə qarşıdurma istisna deyil: “Söhbət Zəngəzurun yaşayış məntəqələrinə daxil olmaqdan getmir. Hazırda şərti sərhəddə kövrək vəziyyət hökm sürür. Azərbaycan təbii ki, atəş açmağa maraqlı deyil, lakin Ermənistan ordusunda “rus kolonu” olduğunu nəzərə almaq lazımdır. Onu da diqqətdən qaçırmaq olmaz ki, sərhədi rus hərbçiləri mühafizə edir. O baxımdan sərhəddə təxribata əl atılması və Azərbaycanı münaqişəyə çəkmək cəhdləri ola bilər. Bu provokasiyaya qətiyyən getmək olmaz. Zənnimcə, hadisələrin bu ssenaridə inkişafı Rusiya-Ermənistan münasibətlərindən asılıdır. Kreml İrəvanı sərhəddə pis şəkildə cəzalandırmaq istəyində ola bilər”.

Ekspertin fikrincə, Paşinyan komandasının bütün hərəkətləri rusları hövsələdən çıxarıb: “Elə bugünlərdə ABŞ-ın Avropa komandanlığı ilə Ermənistan müdafiə nazirinin müavini arasında görüş də Rusiyada diqqətlə izlənilir. Belə davamiyyət isə Kremlin erməni ordusunun içindəki gücləri hərəkətə keçirə və sərhəddə vəziyyəti qəlizləşdirə biləcək addımlar atmağa sövq edə bilər. Bu zaman Azərbaycan atəşkəsin pozulmasına adekvat cavab verir və nəticədə vəziyyət ağırlaşır. Ancaq inanmıram ki, buna gediləcək. Qərb güclərinin bölgəyə cəlb olunması da regionu Rusiyanın nəzarətindən çıxarmaqdır. Ermənistanda, xüsusən də Zəngəzurda yaşayanlarda təşvişin olması bu mürəkkəb vəziyyətlə bağlıdır. Üstəlik, tərəflər konsulluq açmaqla Zəngəzuru az qala dünyanın strateji mərkəzinə çeviriblər. Axı Qafan ruslar, iranlılar, fransızlar üçün səfər etmək baxımdan nə qədər əhəmiyyətli yerdir? Heç xəritədə yerini bəlkə də bilmirlər, deməli, plan başqadır…“Yeni Müsavat”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki