Vətəninfo.az xəbər verir ki, İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif dünən “X” hesabında istefası barədə paylaşım edərək yazıb: “Son 6 ayda, eləcə də hökumət daxilində özümə və ailəmə qarşı ən gülünc təhqir, böhtan, təhdidlərlə üzləşsəm də, 40 illik xidmətin ən acı dövrünü keçsəm də, xidmət ümidi ilə inadla yaşamışam”.
Zərif bildirib ki, heç vaxt çətinliklərdən qaçmayıb və 40 il ərzində müharibənin sona çatmasından tutmuş, nüvə məsələsinin bitməsinə qədər milli maraqların yüksəldilməsində oynadığım kiçik rola görə təhqirlərə və böhtanlara dözüb.
“Ədliyyə-Məhkəmə Sisteminin sədrinin dəvəti ilə görüşə getdim. Ölkənin şərtlərinə toxunaraq, hökumətə təzyiqlərin qarşısını almaq üçün mənə universitetə qayıtmağı tövsiyə etdi. Mən də dərhal qəbul etdim… Ümid edirəm ki, vəzifəmdən uzaqlaşmaqla xalqın iradəsinə, hökumətin uğurlarına mane olmaq bəhanələri aradan qalxacaq…”, – deyə, Zərif vurğulayıb.