Qəzzanın cənubundakı Xan Yunisdəki Asdaa zooparkında 6 yaşlı uşağı şir parçalayıb.
Vətəninfo.az xəbər verir ki, uşaq zooparka yaxın qohumları ilə glib. Hadisə yerinə gələn həkimlər zərərçəkənə ilkin tibbi yardım göstərib və onu təcili xəstəxanaya çatdırıblar, lakin orada uşağı xilas etmək mümkün olmayıb.
Fələstinin “Şebab” xəbər agentliyi və sosial şəbəkələrin ərəb istifadəçiləri faciə ilə bağlı məlumat yayıblar.
Zoopark müvəqqəti olaraq bağlanıb, araşdırmalar davam edir.


























