Meta-nın həmtəsisçisi və baş direktoru Mark Zukerberq cümə axşamı Ağ Evi ziyarət edib. O, texnoloji liderliyi, xüsusən də ABŞ-dan kənarda onun qorunması və təşviqini müzakirə etdi. Vətəninfo.az xəbər verir ki, bu barədə Associated Pressməlumat yayıb.
Səfərlə bağlı müvafiq məlumat Meta nümayəndəsi Endi Stoun tərəfindən dərc edilib, Facebook-un qurucularından birinin Ağ Evdə nə haqqında danışdığına aydınlıq gətirilib.
“Biz Meta-nın xaricdə Amerika texnologiyası liderliyini qorumaq və inkişaf etdirməkdə administrasiyaya necə kömək edə biləcəyini müzakirə etdik”, – deyə
AP öz növbəsində Zuckerberg-in bu yaxınlarda Trampa rəğbət göstərməyə çalışdığını xatırladıb. Qeyd edək ki, ötən ay onun şirkəti ABŞ-ın hazırkı prezidenti Donald Trampın 2021-ci il yanvarın 6-da ABŞ Kapitoluna hücumdan sonra sosial media hesablarının ədalətsiz olaraq dayandırıldığını iddia edən məhkəmə iddiasını həll etmək üçün 25 milyon dollar ödəyib. Bundan başqa, Zukerberq Trampın andiçmə mərasimində iştirak edib və andiçmə mərasiminin təşkilatçılarından biri olub.
Nəşr qeyd edib ki, Meta süni intellektin inkişafına çoxmilyonlarla dollar sərmayə qoyur və Zukerberq bildirib ki, onun şirkəti ABŞ hökuməti ilə səmərəli əlaqələr qurmağa qadirdir.
Xatırladaq ki, bir ay əvvəl Meta Platforms-un baş direktoru Mark Zukerberq videomüraciət yazmışdı. Orada o, Facebook-da senzuraya görə üzr istəyib və Tramp administrasiyasının dəstəyi ilə platformalarda söz azadlığını genişləndirmək planlarını açıqlayıb.