image-reklam-veteninfo
image-img_2391backend

Zülmdən dövlətə: Kıbrıs türklərinin azadlıq yolu

image-reklam-veteninfo

ŞKTC-nin 43-cü ildönümünü qeyd edərkən ağlım 1963-cü ilə getdi. Kıbrıs türklərinə qarşı başladılan qanlı hücumlar gözümün önünə gəldi. Bu gün Fələstində nələr yaşanırsa, biz də həmin qaranlıq günlərdə eynisini yaşadıq.

ŞKTC-nin 43-cü ildönümünü qeyd edərkən ağlım 1963-cü ilə getdi.

21 dekabr 1963-cü il şənbə günü səhər Makarios hökumətinin Kıbrıs adasını Yunanıstana birləşdirmək üçün Kıbrıs türklərinə qarşı başladığı qanlı hücumlar gözümün önünə gəldi.

Bu gün Fələstində nələr yaşanırsa, biz də həmin qaranlıq günlərdə eynisini yaşadıq.

Rumlar tərəfindən evləri dağıdılmış, taxıl ehtiyatları, tövlələrdəki heyvanları əlindən alınmış, malları qarət edilmiş və əllərində silah olmadığı üçün can qorxusu ilə meşələrə, mağaralara sığınmış qardaşlarım gəldi ağlıma.

Sonradan eynilə günümüzdə İsrail dövlətinin etdiyi kimi, rumların arxalarına dövlət gücünü alaraq 1964 və 1967-ci illərdə türk bölgələrinə etdikləri hücumlar və qətliamlar keçdi gözümün önündən.

Əllərində şəhid etdikləri türklərin qoynundan aldıqları, qarət etdikləri evlərindən oğurladıqları türk bayraqlarını sallayaraq şəkil çəkdirən məğrur və özlərini aslan hesab edən EOKA-çıların 1974-cü il Sülh Hərəkatında Türk Silahlı Qüvvələrinin və mücahidlərin önündən arxalarına baxmadan sığınmağa deşik axtaran siçanlar kimi qaçmalarını xatırladım.

Ana Vətən Türkiyə 29 oktyabr 1923-cü ildən sonra həmişə yanımızda oldu. Qanadlarını üzərimizdən heç çəkmədi.

1974-cü il Sülh Hərəkatı bizə azadlığımızı, müstəqilliyimizi və dövlət qurmaq bəxş etdi.

Qurucu Prezidentimiz Rauf R. Denktaş Kıbrıs Türk Federe Dövləti Prezidentliyi binasında 14 noyabr 1983-cü il gecəsindəki toplantıda eynilə böyük Atatürk kimi “Sabah Respublikamızı elan edirik, yoldaşlar” demişdi və ertəsi gün Şimali Kıbrıs Türk Respublikasını elan etmişdi.

Aradan tən 43 il keçdi. Kıbrıs türkləri olaraq təqribən 50 ildir ilk adı Kıbrıs Türk Federe Dövləti olan və sonradan Şimali Kıbrıs Türk Respublikasına çevrilən bir dövlətin sahibiyik. Ən böyük şansımız da “Türkiyə” kimi bir ana vətənin övladı olmağımızdır.

Fələstin Azadlıq Təşkilatının rəhbəri Yasir Ərəfatın 1980-ci ildə mənə Nyu-Yorkda BMT binasında dediyi “Siz çox şanslısınız ki, Türkiyə kimi ana vətəniniz var. Mənim də Türkiyə kimi ana vətənim olsaydı, Fələstin dövlətini çoxdan qurar, torpaqlarımızı düşmənlərdən təmizləyərdim” sözlərini əsla unutmadım.

Pis günləri, rum/yunan məzalimini yaşamayanın, yolda maşınını saxlayan polisin türk olmasının nə demək olduğunu, aparıldığı karxanada (karakolda) bütün heyətin türk olmasının, çıxarıldığı məhkəmədə hakimin, prokurorun və digər işçilərin türk olmasının, məclisin, deputatların, nazirlərin, baş nazirin və prezidentin türk olmasının və vətən torpağının türklər tərəfindən qorunmasının nə böyük bir nemət olduğunu anlaya bilməsi çox çətindir.

Mən Sülh hərəkatının 52-ci, ŞKTC-nin elanının 43-cü ildönümündə Kıbrıs türkünün məruz qaldığı bütün məzalimlərin şahidi olmuş bir kıbrıslı türk olaraq onca əziyyətə baxmayaraq nə qədər şanslı olduğumu düşünürəm.

Yaxşı ki, Ana Vətənimiz həmişə yanımızdadır.

Türkiyənin dayandırılmayan regional yüksəlişi bizə güvən və rahatlıq verir.

Girne Amerikan Universitetinin müəllimi Prof. Dr. Ata Atun




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki