Avropa Aviasiya Təhlükəsizliyi Təşkilatı (Eurocontrol) Ukrayna üzərində mülki uçuşların bərpası ilə bağlı proqnozunu açıqlayıb.
Vətəninfo.az xəbə verir ki, “Eurocontrol” analitiklərinin fikrincə, təyyarələr 2029-cu ilə qədər Ukrayna üzərində uçmayacaq.
Sənəddə deyilir ki, Ukrayna, Rusiya, Belarus və Moldovanın hava məkanında məhdudiyyətlər proqnozlaşdırılan üfüqün sonuna (2029) qədər qüvvədə qalacaq.
Təşkilatın proqnozu Rusiya-Ukrayna münaqişəsi nəticəsində yaranmış vəziyyətlə bağlıdır.