image-eli-amipbackend

53,6 faiz toplayan Pezeşkianın səsi boğulursa…

image-reklam_sirab_01

Bir müddət əvvəl Təbrizdə keçirilən tədbirdə İran prezidenti M.Pezeşkianın Azərbaycan türkcəsində şer deməsinə göstərilən təpki xeyli rezonans doğurdu. Rejim baş verən bu biabırçılığı malalamağa çalışsa da, istəyinə nail ola bilmədi. Həmin hadisə Azərbaycanda diqqət çəkdi.

Vətəninfo.az-ın bununla bağlı fikirni öyrəndiyimiz AMİP liderinin köməkçisi Əli Orucov bildirdi ki, “İran prezidenti Pezeşkianın Təbriz Mədəniyyət Həftəsinin bağlanış mərasimində Şəhriyarın Azərbaycan türkcəsində “Heydər babaya salam” şerinin iki bəndinin oxumasına dözümsüzlük göstərərək, ona xəbərdarlıq edilməsi səhnəsi İran rejimin əsil mahiyyəıtinin bir daha ortaya qoymuş oldu. 16,384 milyon səslə səslərin azı 53,6 faizini toplayan prezidentin səsi boğulursa, ona açıq hörmətsizlik göstərilirsə o zaman sadə insaların durumunu anlamaq çox da çətin deyil. Pezeşkianın prezident seçilməsi İrandakı sərt siyasi rejimin bir qədər yumşalacağı, orda yaşayan etniklərin fundamental hüquq və azadlıqlarını qoyulan məhdudiyyətlərin qismən azaldılacağı proqnozlaşdırılsa da, görünən odur ki, müsbət heç nə dəyişmədi. İran Ali dini Liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Amulinin, yaxud da hansısa tərbiyəsizin geniş kütlə qarşısında Azərbaycan və Türkiyəyə, prezidentlər R.Ərdoğan və İ.Əliyevə qarşı aşağılayıcı və təqiramiz ifadələr işlətməsinə imkan yaradılır, ancaq xalq tərəfindən prezident seçilən Pezeşkianın ana dilində iki bənd şer deməsinin qarşısı nümayişkəranə surətdə alınır, ona xəbərdarlıq edilir. Bu təkcə Pezekiana qarşı edilən hörmətsizlik deyil, İran dövlətinə və onun xalqına qarşı sayğısızlıq idi. Məmur kimdir ki, dövlətə və onun seçilmiş başçısına xəbərdar edəcək cəsarət sərgiləyir? Bu o anlamı verir ki, İran dövləti elə Ali Dini lider Ə.Xamneidən ibarətdir və onun iradəsi hər şeyin fövqündədir. İrandakı molla rejimi heç vaxt dünya üçün də, region üçün də böyük təhlükələr yaradır. Hakimiyyətdə olan din pərdəsinə bürünən mühafizəkar bir qrup öz maraqları və hakimiyyətləri naminə kütləvi qırğınlara, dağıdıcı müharibələrə, qəddar terror aksiyalarına getməkdən çəkinməzlər. Azərbaycanın necə bir təhlükəli və qəddar bir rejimlə sərhəddə yerləşdiyini, onun təxribatlarını və təzyiqlərinı necə dəf edə bildiyini dünya birliyi görüb və dərk etməlidir. Azərbaycana hər cür dəstək verilməli və onun molla rejimin təhlükəsindən qorunmasına kömək etməlidir. Buna həm də Avropanın təhlükəsziliyinin təminatı kimi yanaşılmalıdır. İran rejimindən xilas olmağın yolu təkcə beynəlxalq izolyasiya ilə mümkün deyil, ən effektiv variantlar da işə salınmalıdır. Bu variantlardan biri də İranda əzilən, assimliyasiya olunan 50 milyona yaxın Azərbaycan türkünün hüquqlarını qorumasında yardımçı olamaq və onların haqq mübarizəsinə həvəsləndirməkdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image