image-timthumb-1backend

ABŞ Çini inkişaf etməkdə olan ölkə statusundan məhrum etmək qərarına gəlib

image-reklam_sirab_01

Amerika hakimiyyəti beynəlxalq təşkilatlarda və sazişlərdə Çini inkişaf etməkdə olan ölkə statusundan məhrum etməyə çalışacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə The Hill məlumat yayıb.

ABŞ Konqresinin Nümayəndələr Palatasının yekdilliklə təsdiq etdiyi qanun layihəsinə görə, hakimiyyət Pekinin inkişaf etməkdə olan ölkə statusuna görə beynəlxalq təşkilatlardan yardım almaması üçün Çinin güzəştli rejimini aradan qaldırmağa çalışacaq.

Qanunvericilər, bu səylərin uğur qazanmasından asılı olmayaraq, Birləşmiş Ştatlar Çinin inkişaf etməkdə olan ölkə statusuna görə güzəştli rejim və ya təşkilati dəstək almamasını təmin etməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki