“Zəlzələ bölgəsindəki dağıntıların 70 faizi təmizlənib”.
Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu tviterdə yazıb.
Nazir Soylu sökülən və təcili sökülməsi nəzərdə tutulan 56 min 956 binanın 39 min 602-nin qalıqlarının təmizləndiyini, çökən və təcili söküləcək binaların qalıqlarının isə Ramazan bayramına qədər tamamlanacağını bildirib.


