İraqın şimalında separatçı terror təşkilatı PKK-nın 9 terrorçusu zərərsizləşdirilib.
Vətəninfo.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib: “Türk Silahlı Qüvvələrimiz terrorçulara nəfəs almağa imkan vermir. 2024-cü il 3-9 dekabr tarixləri arasında İraqın şimalına həyata keçirilən hava hücumları nəticəsində Hakurk, Qara və Metina bölgələrində PKK-nın 9 terrorçusunun zərərsizləşdirildiyi müəyyən edilmişdir. Terroru mənbəyində məhv etmək üçün əzmliyik, qətiyyətliyik və güclüyük.”