image-1backend

Suriya bu ölkəyə  xəbərdarlıq etdi: Bizim işlərimizə qarışmayın

image-reklam_sirab_01

Suriyanın yeni təyin olunmuş xarici işlər naziri Əsəd Həsən Əl Şibani İrana xitabən deyib ki, Suriyada xaos yaymasın, Suriya xalqının iradəsinə və ölkənin suverenliyinə hörmətlə yanaşın: “İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və təhlükəsizliyinə hörmət etməlidir. Biz onları xəbərdar edirik və son açıqlamaların fəsadlarına görə onları məsuliyyətə cəlb edirik”.

Bu barədə xarici KİV məlumat yayıb.

İranın ali dini lideri Ayətullah Əli Xamenei bazar günü televiziya ilə çıxışında Suriya gənclərini “bu təhlükəsizliyi təşkil edən və yaradanlara qarşı qətiyyətlə dayanmağa” çağırıb.

“Biz Suriyada da güclü və şərəfli bir qrupun meydana çıxacağını proqnozlaşdırırıq, çünki bu gün suriyalı gənclərin itirəcək heç bir şeyi yoxdur. Onların məktəbləri, universitetləri, evləri və küçələri təhlükədədir”, – deyə Xamenei bildirib.

O əlavə edib: “Ona görə də, onlar əminsizliyi planlaşdıran və icra edənlərə qarşı qətiyyətlə dayanmalı və onlara qalib gəlməlidirlər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image