image-6bf7b85bd09d0c083444958a73517882backend

Abbasinin “Şeytan yuvasını bağlayın!” çağırışına ŞOK CAVAB

image-reklam_sirab_01

“Bakı-Tehran xəttindəki gərginlik və İranın atdığı addımlar Təbrizdə Baş konsulluğumuzun təhlükədə olduğu məsələsini aktuallaşdırır. Hələ səfirliyimizə edilən terror aktından sonra İran ekspert cameəsi üzərindən “Təbrizdəki konsulluğun ziyanlı hərəkətlərinin təfərrüatlarını bilirik” iddiasını gündəmə gətirir, bununla Bakının Arazın o tayındakı soydaşlarımıza bu platformada dəstək verdiyinə işarə vururdu”.

Vətəninfo.az xəbər verir ki, bu sözləri siyasi ekspert Asif Nərimanlı qeyd edib.

O bildirib ki, Azərbaycanın İsraildə səfirlik açmasından sonra konsulluğumuz yenidən hədəfə götürüldü:

“Rəsmi Bakının bu addımına etiraz olaraq, Tehran rejimi Təbrizdəki konsulluğun qarşısında “bağlansın” tələbi ilə aksiya təşkil etdi; ekspertlərinin dili ilə konsulluğu “şeytan yuvası” adlandırdı (Reza Abbasi “Şeytan yuvasını bağlayın!” çağırışı edib);

Aksiyanın məqsədi “Azərbaycanı Təbrizdə də istəmirlər” görüntüsü yaratmaqdır. Lakin burada digər səbəb də var: konsulluğu Cənubi Azərbaycandakı soydaşlarımızla rəsmi Bakı arasında qeyri-rəsmi “bağ” olaraq görürlər və bunu qoparmaq istəyirlər;

Tehran rejimi konsulluğu bağlamaq məqsədilə hansı addımı ata bilər?

Birincisi, səfirliyimizə qarşı törədilən terror ssenarisinin təkrarlana biləcəyi istisna edilməməlidir;

İkincisi, konsulluğumuzu “xarici qüvvələrin İranda iğtişaşlar törətmək planının icrası üçün istifadə edilən mərkəz” kimi təqdim edə bilərlər: ekspertlər üzərindən “şeytan yuvası” adlandırılması da bu ehtimalı ön plana çıxarır və İran bundan Arazın o tayındakı soydaşlarımız arasında “Azərbaycanı düşmən kimi” göstərmək, eləcə də bu addımına legitimlik qazandırmaq üçün istifadə edə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki