image-2-4-780x470backend

ABŞ Azərbaycanla bağlı məxfi sənədi yaydı: “Klinton 1993-cü ildə ruslara Qarabağa sülhməramlı göndərməyi təklif edib”

image-reklam_sirab_01

ABŞ bu günlərdə bəzi rəsmi sənədlərin üzərindən məxfilik qrifini götürüb. Həmin sənədlər əsasən ABŞ prezidenti Bill Klintonla dünya ölkələrinin rəhbərləri arasında danışıqların stenoqramından ibarətdir.

Qeyd edək ki, həmin məxfi sənədlərdən biri Bill Klintonla Rusiya prezidenti Boris Yeltsin arasında 1993-cü ildə Qarabağa dair apardıqları danışıqların stenoqramıdır. Həmin sənəddə vurğulanır ki, Bill Klinton Yeltsinlə Qarabağa sülhməramlı missiya göndərməyi müzakirə edib. Danışıqlara əsasə ABŞ prezidenti rus həmkarına təklifində qeyd edib ki, Rusiya sülhməramlı missiya göndərərsə, həm ABŞ-ın, həm də beynəlxalq istimaiyyətin dəstəyini alacaq.

O da qeyd olunur ki, Klinton Yeltsini buna inandırmağa nail də olub. Lakin Yeltsin tərəddüd edib. Buna səbəb də, Bakıdakı vəziyyətin gərginliyi və onun fonunda durumun daha da ağırlaşa biləcəyi olub. Ona görə də, Rusiya prezidenti daha çox vaxt udmağa hesablanmış addımlar atmalı olub.

Bu sənəddən anlaşılan odur ki, hələ 1993-cü ildə ABŞ Qarabağa Rusiya sülhməramlı missiyasının göndərilməsinə razılıq verib. Yəni, hələ müharibədən 27 il əvvəl bu plan olub. Lakin Yeltsinin tərəddüdü və Bakıdakı vəziyyətin qarışıq olması səbəbindən proses baş tutmayıb.

Maraqlı məqam odur ki, hazırda Vaşinqton Kremlin Qarabağdakı sülhməramlılarını çıxarmaq, habelə Rusiyanın Qafqazdakı təsirlərini azaltmaq üçün ciddi addımlar atır. Yəni, 30 il ərzində nə dəyişdi ki, Vaşinqton belə bir qərara gəldi?  

jamaz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki