image-444455backend

“ABŞ Çinlə danışıqlara hazırdır” – Con Kirbi

image-reklam_sirab_01

ABŞ hesab edir ki, hazırda Çinlə münasibətlərdə gərginlik yüksəkdir və lazımi vaxtda Pekinlə yüksək səviyyəli əlaqələrə hazırdır.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Prezident Bayden prezident Xi ilə növbəti telefon danışığını səbirsizliklə gözləyir. Biz bunu lazımi vaxtda edəcəyik. Ünsiyyət xətlərini açıq saxlamaq vacibdir. Gərginlik mütləq yüksəkdir. Biz istərdik ki, bu münasibətlər yaxşılaşsın”, – Kirbi Ağ Evdə keçirdiyi brifinq zamanı deyib.

Xüsusilə, o qeyd edib ki, hazırda ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfərinin mümkünlüyünü müzakirə edir.

“Biz həmçinin iqtisadi məsələləri müzakirə etmək üçün ABŞ Maliyyə və Ticarət nazirlərinin mümkün səfərləri ilə bağlı Çinlə əlaqə saxlayırıq”, – Ağ Evin sözçüsü əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki