image-999backend

ABŞ-da atışma:  3 nəfər öldürüldü

image-reklam_sirab_01

Dünən  ABŞ-ın Orlando şəhərində baş verən atışmada biri uşaq olmaqla 3 nəfər həlak olub. Vətəninfo.az xəbər verir ki, bu haqda ABŞ mediası məlumat yayıb.

Orlando polisinin məlumatına görə, atışma gecə saatlarında baş verib. Məişət zorakılığı ilə bağlı çağırış üzərinə polis hadisə yerinə gedib. Hadisəni törədən şəxs evdən çıxaraq onlara atəş açmağa başlayıb. Polisin məlumatına görə, polisin cavab atəşindən sonra o, yerindəcə öldürülüb.

“Evdə üç nəfər güllə yarası ilə tapılıb, onların arasında uşaq da var… Hər üçü ölüb”, – polisin “Twitter” hesabında verdiyi açıqlamada deyilir.

Polisin hadisəni törədənin şəxsiyyətini müəyyənləşdirdiyi bildirilir. Onun 29 yaşlı afroamerikalı Lakorvis Tamar Dali olduğu ortaya çıxıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki