image-1backend

ABŞ-da bir sıra əyalətlərdə fövqəladə vəziyyət elan edilib

image-reklam_sirab_01

Amerikanın Kentaki, Virciniya, Kanzas, Arkanzas və Missuri ştatlarında güclü qar, buzlanma, şiddətli yağış və ildırım fırtınaları səbəbindən fövqəladə vəziyyət elan edilib. Fırtına ehtimalı səbəbilə 30 ştatda “həyəcan vəziyyəti” elan olunub və insanlara evdə qalmağı tövsiyə edilib. ABŞ üzrə təxminən 1500 uçuş və bəzi qatar reysləri ləğv edilib, 2000-dən çox uçuş isə təxirə salınıb.

Kentaki, Virciniya, Kanzas, Arkanzas və Missuri ştatlarında fövqəladə vəziyyət elan edilərkən ağır qış şəraitinin ölkə üzrə 62 milyon insana təsir göstərəcəyi proqnozlaşdırılır.

ABŞ Milli Okean və Atmosfer İdarəsinin (NOAA) məlumatına görə, adıçəkilən bölgələrdə son 10 ilin ən şiddətli qar yağışı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image