image-1backend

ABŞ-da doğulan uşaqların bu ölkənin vətəndaşlığını almaq hüququ ləğv edildi

image-reklam_sirab_01

Vətəninfo.az  xəbər verir ki, Amerika mətbuatının yazdığına görə, yanvarın 20-də inauqurasiya mərasimindən sonra ABŞ prezidenti Donald Tramp Ağ Evdə ABŞ vətəndaşlığının doğum hüququ ilə verilməsinin məhdudlaşdırılması haqqında sərəncam imzalayıb .

ABŞ-ın yeni rəhbəri vətəndaşlığın doğum hüququ ilə verilməsinin absurd olduğunu və ABŞ-ın dünyada bunu edən yeganə ölkə olduğunu bildirib.

Reuters agentliyinin məlumatına görə, fərman qeyri-qanuni mühacirlərin övladlarına anadangəlmə Amerika vətəndaşlığının verilməsinə məhdudiyyətlər nəzərdə tutur.

Amerika Vətəndaş Azadlıqları İttifaqının (ACLU) məlumatına görə, ABŞ-ın insan haqları təşkilatları ABŞ-ın yeni prezidenti Donald Tramp administrasiyasının bu qərarına qarşı Nyu-Hempşir ştatı məhkəməsində iddia qaldırıb. Vəkillərin yanvarın 20-də yaydığı bəyanatda deyilir: “Mühacir hüquqlarının müdafiəçiləri bu gün Tramp administrasiyasını ABŞ-da doğulmuş bəzi uşaqların ABŞ vətəndaşlığından məhrum edilməsini nəzərdə tutan sərəncama görə məhkəməyə veriblər”.

Onlar sərəncamı konstitusiyaya zidd adlandırıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image