image-reklam-veteninfo
image-55backend

ABŞ-da iki helikopter qəzaya uğradı

image-reklam-veteninfo

ABŞ-ın Alyaska ştatında ölkənin Hərbi Hava Qüvvələrinə məxsus iki helikopter qəzaya uğrayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Elmendorf-Riçardson Birgə Bazasının nümayəndəsi məlumat yayıb.

Məlumata əsasən, iki “AH-64 Apache” helikopteri Hili yaşayış məntəqəsi yaxınlığında təlim uçuşundan qayıdarkən qəzaya uğrayıb. Hər helikopterin göyərtəsində iki nəfər olub, onların vəziyyəti məlum deyil.

Qəzanın səbəbinin araşdırıldığı və hadisə yerində xilasedicilərin işlədiyi bildirilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki