image-reklam-veteninfo
image-hzfznxqhhlpnr85u-1backend

ABŞ “Patriot” hava hücumundan müdafiə sistemlərini Yaxın Şərqə göndərir

image-reklam-veteninfo

ABŞ ordusu İrana qarşı mümkün yeni hərbi əməliyyatlar fonunda Yaxın Şərqdə hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün Texas ştatından bölgəyə “Patriot” zenit-raket sistemləri daşıyır.

“Vətəninfo.az” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Pentaqon mümkün eskalasiyaya hazırlıq çərçivəsində Yaxın Şərqdə yerləşən həssas hərbi bazalardan şəxsi heyətinin bir hissəsini geri çəkir. Eyni zamanda, bölgədəki ABŞ qüvvələrinin sursat ehtiyatları artırılır, bombardmançı və qırıcı təyyarələr isə mümkün zərbələrə hazır vəziyyətə gətirilir.

Qəzetin məlumatına əsasən, gələn ay daha bir təyyarədaşıyan zərbə qrupu və desant gəmilərindən ibarət dəniz ekspedisiya bölməsinin bölgəyə gəlməsi gözlənilir. Bununla da Yaxın Şərqdəki ABŞ hərbi gəmilərinin sayının daha da artacağı bildirilir. Hazırda bölgədə ABŞ-yə məxsus təxminən 20 hərbi gəminin olduğu qeyd edilir.

Nəşrin mənbələri bildiriblər ki, Vaşinqton ABŞ Konqresinə noyabr ayında keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı qısamüddətli, lakin intensiv hərbi əməliyyatların mümkünlüyü barədə bir sıra Fars körfəzi ölkələrini məlumatlandırıb.

Məlumata görə, mümkün hücum hədəfləri sırasında İranın enerji infrastrukturu, nüvə obyektləri, raket kompleksləri və pilotsuz uçuş aparatları ilə əlaqəli obyektlər yer alır.

Qeyd edək ki, bu məlumatlar anonim mənbələrin açıqlamalarına əsaslanır və İrana qarşı hərbi əməliyyatın başlanacağı barədə rəsmi qərarın qəbul edildiyini təsdiqləmir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki