Amerika Birləşmiş Ştatları Polşaya 116 Abrams döyüş tankının satışını təsdiqləyib . Vətəninfo.az xəbər verir ki, bu barədə müdafiə naziri Mariuş Blaşçak Twitter mikrobloqunda məlumat verib . O, bunu Polşa Silahlı Qüvvələrinin zirehli potensialının artırılması istiqamətində növbəti addım adlandırıb.
“Amerika Birləşmiş Ştatları əlavə olaraq 116 Abrams tankının döyüş sursatı ilə birlikdə satışını təsdiqləyib. Biz qiymət danışıqlarına başlayırıq. Güclü ordu təhlükəsizdir”, – Blaşak deyib.
Nazirin sözlərinə görə, döyüş tanklarının ilk tədarükü 2023-cü ildə mümkün olacaq.