image-555backend

ABŞ Rusiya və İrana qarşı yeni sanksiyalar tətbiq etdi

image-reklam_sirab_01

ABŞ Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) və İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (Sepah) qarşı sanksiyalar tətbiq edib.

Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Cozef Baydenin imzaladığı sərəncama əsasən tətbiq edilən sanksiyalara görə adı yuxarıda göstərilən qurumlar və onlara rəhbərlik edən şəxslərin, eləcə də əməkdaşlarının ABŞ-a girişi qadağan olunub və bank hesabları dondurulub.

Vaşinqton administrasiyasının açıqlamasında qeyd olunub ki, bu qurumlar qanunsuz və ədalətsizlik edərək heç bir təqsiri olmayan Amerika vətəndaşlarını həbs ediblər. Hazırda FTX və Sepah Amerika vətəndaşlarını saxlayaraq onlara qarşı saxta cinayət işləri açıblar. Belə hərəkətlər beynəlxalq təhlükəsizlik sistemi üçün ciddi təhdid yaradır.

ABŞ belə hallarla barışmaq niyyətində deyil və bu qurumlara qarşı mübarizə aparmaqda davam edəcək..


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki