image-44backend

ABŞ strateji nüvə qüvvələrini hazırlayır

image-reklam_sirab_01

ABŞ Strateji Komandanlığının illik nüvə hazırlığı təlimi olan “Global Thunder 23” bu həftə start götürəcək.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, belə hərbi təlimlər hər il keçirilir və heç bir dövlətin hərəkətlərinə cavab deyil.

Bildirilir ki, təlimdə əsas məqsəd nüvə qüvvələrinin hazırlığının və strateji çəkindirmə imkanlarının artırılmasının qiymətləndirilməsidir.

Qeyd olunur ki, qarşıdan gələn təlimlərdə Böyük Britaniya da daxil olmaqla, ABŞ-nin əsas müttəfiqləri iştirak edəcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki