image-11backend

ABŞ: Sudana sülhməramlıların yerləşdirilməsi ilə bağlı məsələ gündəmdə yoxdur

image-reklam_sirab_01

ABŞ-dakı Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan münaqişələrin davam etdiyi Sudana sülhməramlıların yerləşdirilməsi kimi bir gündəmlərinin olmadığını söyləyib.

Vətəninfo.az xəbər verir ki, gündəlik mətbuat konfransında Sullivan Cibuti, Efiopiya və Səudiyyə Ərəbistanına Sudandakı səfirlik işçilərinin təxliyəsində göstərdikləri köməyə görə təşəkkür edib və ABŞ Dövlət Departamenti və müvafiq qurumlar tərəfindən mülki vətəndaşların ölkəni quru və dəniz yolu ilə tərk etmələri üçün göstərilən dəstəyə toxunub.

Sullivan bildirib ki, onların Xartumdakı səfirliyinin fəaliyyəti yalnız müvəqqəti olaraq dayandırılıb və ölkədə təhlükəsizlik bərpa olunduqdan sonra səfirliyin fəaliyyətinin yenidən aparılması planlaşdırılır.

Amerikalıların ölkəni təhlükəsiz tərk edə bilmələri üçün hər variantı nəzərdən keçirdiklərini izah edən Sullivan Amerika sülhməramlı qüvvələrinin Sudana yerləşdirilməsinin mümkünlüyü ilə bağlı suala belə bir şeyin gündəmdə olmadığını və bunun baş verəcəyini gözləmədiyi cavabını verib.

Sudanda münaqişələrin uzun müddət davam etməsi riskinə diqqət çəkən Sullivan tərəflər arasında atəşkəsə nail olmaq üçün bütün mümkün variantlardan istifadə edəcəklərini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki