image-1backend

ABŞ Türkiyənin “Qazprombank”a ödənişlərinə icazə verib

image-reklam_sirab_01

Türkiyə “Qazprombank”a Rusiyadan qaz ödəməsi üçün ABŞ-dan istisna alıb. Bu barədə NTV telekanalı Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparlaslan Bayraktara istinadən məlumat yayıb.

“Türkiyə Rusiya qazı üçün ödəniş edərkən ABŞ-dan “Qazprombank” üçün istisna alıb. Türkiyə qazın pulunu “Qazprombank” vasitəsilə ödəməyə davam edəcək”, – deyə telekanal nazirin sözlərindən sitat gətirib.

Noyabrın sonunda ABŞ “Qazprombank”a qarşı sanksiyalar tətbiq edib, onun vasitəsilə Rusiya qazı və nefti üçün xarici ödənişlər emal olunur. Bundan sonra Türkiyə sanksiyaların ona mənfi təsir etdiyini bəyan edərək, ABŞ-dan Rusiya qazı üçün ödəniş edərkən “Qazprombank”a da istisna edilməsini istəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image