image-2backend

ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım ayırdı

image-reklam_sirab_01

ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən yazılı açıqlamada 325 milyon dollarlıq hərbi yardımın təfərrüatları barədə məlumat verilib.

Açıqlamada qeyd olunub ki, Co Bayden administrasiyası 2021-ci ilin avqustundan bu yana 36-cı dəfə Ukraynaya ordu inventarlarından silah verib.

ABŞ-nin yeni yardım paketinə əlavə HIMARS döyüş sursatları, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, tankəleyhinə idarə olunan TOW raketləri, AT-4 tankəleyhinə sistemlər, tankəleyhinə minalar və maneələri aradan qaldırmaq üçün dağıdıcı sursatlar, doqquz milyondan çox atıcı silah sursatı, dörd ədəd maddi-texniki təminat avtomobili, yüksəkdəqiqlikli aviasiya hərbi sursatları, nəqliyyat vasitələrinə texniki xidmət və təmir üçün sınaq və diaqnostika avadanlığı, liman təhlükəsizliyi avadanlığı, ehtiyat hissələri və digər sahə avadanlığı daxildir.

Ağ Evin mətbuat katibi Karin Jan-Pier keçirdiyi gündəlik mətbuat konfransında bildirib ki, ABŞ Ukraynanı müdafiə etmək üçün müttəfiqləri və tərəfdaşları ilə işləməyə davam edəcək.
Rusiya prezidenti Vladimir Putinin Donbasa etdiyi səfəri qiymətləndirən Karin Jan-Pier deyib:”Putinin bölgəyə etdiyi səfər işlərin Rusiya üçün yaxşı getmədiyini göstərir”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki