image-1backend

ADU-da “Süni intellekt dövründə media: Yeni çağırışlar” mövzusunda tədbir keçirilib – FOTOLAR

image-reklam_sirab_01

Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Süni intellekt dövründə media: Yeni çağırışlar” mövzusunda tədbir keçirilib.

Vətəninfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Dillər Universiteti rektorunun müşaviri Coşqun Dadaşov açıb.O Azərbaycan Dillər Universitetinin tələbələrinin fəallığı haqda danışıb. Rektorun müşaviri bildirib ki, ADU media savadlılığına xüsusi önəm verir, bu istiqamətdə mütəmadi olaraq universitetdə tədbirlər, görüşlər keçirilir.

Daha sonra tədbirdə ADU İctimaiyyətlə Əlaqələr şöbəsi müdiri Cavid Zeynallı çıxış edib. O da öz növbəsində tələbələrə media savadlılığı və süni intellekt haqda məlumat verib, bu sahədə görülən işlər haqda danışıb.

Tədbirdə çıxış edən ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəhra Hüseynova rəhbəri olduğu təşkilatın bundan sonra media ilə bağlı tədbirlərə önəm verəcəyini və ortaq layihələr həyata keçirəcəyini deyib.

Daha sonra Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərlinin “Süni intellekt dövründə media: Yeni çağırışlar” mövzusunda təlimi baş tutub.

Baş redaktor dezinformasiya və saxta xəbərlərlə mübarizədə gənclərin rolundan danışıb. O qeyd edib ki, 21-ci əsrdə informasiya texnologiyalarının inkişafı sayəsində süni intellekt vasitəsilə saxta xəbərlər hazırlanır, dezinformasiyalar yayılır. Bu baxımdan da gənclərin media savadlılığına yiyələnməsi, hər məlumata inanmaması çox önəmlidir.

Təlim daha sonra sual-cavab şəklində davam edib.
Sonda xatirə şəkli çəkilib.






  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image