image-araz-agalarovbackend

Ağalarov zərərçəkmiş şəxs qismində tanınıb

image-reklam_sirab_01

“Crocus City Hall” konsert zalının sahibi “Crocus International” 2024-cü il martın 22-də 140-dan çox insanın ölümü ilə nəticələnən terror aktı ilə bağlı iş üzrə zərərçəkmiş kimi tanınıb.

Vətəninfo.az xəbər verir ki, Crocus International, Araz Ağalarovun Crocus Group-un strukturlarından biridir;

Krasnoqorskdakı konsert zalı yaraqlıların hücumu zamanı tamamilə yanıb, dam örtüyü uçub. Rusiya Federasiyası Fövqaladə hallar Komitəsinin əməkdaşları yanğında dəyən ziyanı 10-12 milyard rubl qiymətləndiriblər. Moskva vilayətinin səlahiyyətliləri dağıdılmış ərazinin bərpa olunmayacağını bildirdilər.

Məlumata görə, Crocus-a hücum işində 1700-dən çox insan zərərçəkmiş kimi tanınıb, daha 800-dən çox insan şahid qismində gətirilib. Yanvarda Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib ki, 27 nəfər təqsirləndirilib və istintaq  bu şəxsləri terror aktını törədənləri hesab edir ;Dalerjon Mirzoev, Saidakrami Rachabalizoda, Shamsidin Fariduni və Muhammadsobir Fayzov. Hücuma görə məsuliyyəti “Vilayət Xorasan” terror qruplaşması öz üzərinə götürüb.(Haqqın.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image