image-reklam-veteninfo
image-agcabackend

Ağcabədidə “Yaşıl Gənclik” layihəsi çərçivəsində ekoaksiya keçirilib

image-reklam-veteninfo

“İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Yaşıl Gənclik: Region gəncləri arasında ekoloji maarifçilik” layihəsi çərçivəsində Ağcabədi şəhərində məktəblilərin iştirakı ilə ekoaksiya təşkil olunub.

28 dekabr 2024-cü il tarixində keçirilən ekoaksiya “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılıb.

image-agca1

Aksiyanın əsas məqsədi məktəblilər arasında ekoloji məsuliyyətin gücləndirilməsi, ətraf mühitin qorunmasına diqqətin artırılması və gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakının təşviq edilməsi olub.

Ekoaksiya zamanı iştirakçılar ətraf ərazinin təmizliyinin təmin olunmasına yönəlmiş işlərdə fəal iştirak edib, təbiətin qorunması və sağlam ətraf mühitin formalaşdırılmasının vacibliyinə diqqət çəkiblər.

Tədbir məktəblilər arasında ekoloji dəyərlərin təbliği və onların ətraf mühitin mühafizəsinə töhfə verməsi baxımından əhəmiyyətli olub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki