“İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Yaşıl Gənclik: Region gəncləri arasında ekoloji maarifçilik” layihəsi çərçivəsində Ağcabədi şəhərində məktəblilər üçün maarifləndirici təlim keçirilib.
26 dekabr 2024-cü il tarixində təşkil olunan tədbir “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılıb.
Təlimin əsas məqsədi məktəblilər arasında ekoloji biliklərin artırılması, ətraf mühitin qorunmasına dair məsuliyyətli yanaşmanın formalaşdırılması və gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakının təşviq edilməsi olub.
Tədbir zamanı iştirakçılara ətraf mühitin mühafizəsi, ekoloji problemlərin qarşısının alınması, təbii sərvətlərdən səmərəli istifadə və gündəlik həyatda ekoloji davranışların əhəmiyyəti barədə məlumat verilib. Eyni zamanda, gənclərin ekoloji məsələlərə həssas yanaşmasının və bu istiqamətdə təşəbbüskarlığının artırılmasının vacibliyi vurğulanıb.
Layihə region gənclərinin ekoloji maarifləndirilməsinə, onların ictimai fəallığının artırılmasına və ətraf mühitin mühafizəsi istiqamətində davamlı təşəbbüslərə cəlb olunmasına xidmət edir.

























