image-img-20250226-wa0112backend

Ağstafada Xocalı Soyqırımının günahsız qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib – FOTOLAR 

image-reklam_sirab_01

Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Ağstafa şəhərinin mərkəzində Şəhidlər memorial abidə kompleksi ziyarət olunub. Anım tədbirində Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Memorail kompleksin əbədi məşəli önünə əklil qoyulub, müqəddəs üçrəngli bayrağımızın üzərindəki ayparanı simvolizə edən abidənin üstünə tər qərənfillər düzülüb.
Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil edilən anım tədbirində Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Xocalı qurbanlarının, o cümlədən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ümumrayon tədbirini giriş nitqi ilə açan RİH başçısı bildirib ki, 2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalı şəhərində Dövlət Bayrağımızın ucaltması həm də Soyqırım qurbanlarının qisasının layiqincə alındığının təntənəsi di. Bu gün şəhidlərimizin ruhları şaddır. Güclü siyasi iradə, qüdrətli ordu, xalq-lider birliyi tarixi Qələbəni təmin etdi, Xocalı və işğaldan azad olunmuş bütün torpaqlarımız separatçılardan təmizlənərək tam azad olundu, nəticədə respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. Hazırda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir, milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olur.
YAP Ağstafa rayon Təşkilatının sədri Etibar Hacıyev, rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Oruc Mansırov, Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin təşkilatçı müavini Xəyalə Əmrahova çıxışlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarların xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlardan, eləcə də, dövlətimiz tərəfindən Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə atılan davamlı addımlardan söz açıblar.
Rayonun məktəbəqədər və ümumtəhsil müəssisələrinin Xocalı Soyqırımına həsr etdikləri ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image