Akademiyada təməl islahatlardan – İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə
Fevralın 20-də keçirilən AMEA-nın Ümumi Yığıncağında AMEA-nın prezidenti
akademik İsa Həbibbəylinin “Akademiyada təməl islahatlardan – İnkişaf Konsepsiyasına
və Yol Xəritəsinə” mövzusunda məruzəsi dinlənilib.
Akademik İsa Həbibbəyli bildirib ki, 35 gün sonra, martın 27-də Azərbaycan Milli
Elmlər Akademiyasının yaradılmasının 80 illiyi tamam olur. Azərbaycan SSR Elmlər
Akademiyası bu dövr ərzində çox çətin və şərəfli mərhələlərdən keçərək bizim günlərə
gəlib çatmışdır.
AMEA rəhbəri qeyd edib ki, Azərbaycan Tədqiq və Təbəbbö Cəmiyyətinin və
Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun 1923-1932-ci illəri əhatə edən fəaliyyəti
Akademiyanın başlanğıc mərhələsi, SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının
Azərbaycan şöbəsi və SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialına çevrilməsi
proseslərinin baş verdiyi 1932-1945-ci illər Akademiya quruculuğunun hazırlıq dövrü
kimi səciyyələnir. Azərbaycan SSR Elmlər Akademiyasının təsis olunduğu 1945-ci ildən
1969-cu ilədək keçən dövr Akademiyanın yaranması və elmi-təşkilati əsaslarının
formalaşdırılması mərhələsidir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Sovet Respublikasına rəhbərlik
etdiyi 1969-1982-ci illərin ölkəmizdə Akademiya quruculuğunun intibah dövrü olduğunu
deyən akademik İsa Həbibbəyli sonrakı 1983-1993-cü illərdə Azərbaycan cəmiyyətinin
digər sahələrində olduğu kimi, Elmlər Akademiyasında da tədricən enmə və tənəzzülə
meyl proseslərinin müşahidə edilməyə başlandığını, nəhayət, 1991-1993-cü illərdə
böhran həddinə çatdığını söyləyib. Bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyevin 1993-cü ildən yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonrakı 2003-cü
ilə qədərki mərhələ yenidən təşkilatlanma və Milli Elmlər Akademiyasının quruculuğu
dövrü kimi tarixdə iz salıb.
Məruzədə qeyd olunub ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasına böyük
uğurla rəhbərlik etməkdə davam etdiyi illər üzrə Akademiyanın inkişafını 2 mərhələyə –
birinci, Akademiyanın modernləşdirilməsi dövrü – 2003-2022-ci illər və ikinci,
Akademiyada 2022-ci ilin oktyabr ayından başlanan yeniləşmə və islahatlar mərhələsi
kimi ayırmaq olar.
“Bütün tarixi mərhələlərdə Azərbaycan Elmlər Akademiyası həmişə Azərbaycan
dövlətçiliyinin, ana dilimizin – dövlət dilimizin, milli-mənəvi dəyərlərimizin,
ədəbiyyatımızın və incəsənətimizin keşiyində dayanmış, Azərbaycanşünaslıq Mərkəzi
funksiyasını yerinə yetirmişdir. Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizdə
fundamental elmin beşiyi və yaradıcısıdır. Fundamental elm ölkəmizin möhtəşəm elmi
sərvəti olmaqla bərabər, həm də tətbiqi elmlər üçün ideyaların, proqnozların, təkliflərin
mənbəyi, mənşəyidir. Bunsuz ümumiyyətlə elmi, o cümlədən də Azərbaycan elmini
təsəvvür etmək olmaz. Bu gün də Milli Elmlər Akademiyası müstəqil Azərbaycan
dövlətinin əsas Azərbaycanşünaslıq mərkəzlərindən biridir”, – deyə akademik İsa
Həbibbəyli Ümumi Yığıncağın iştirakçılarının diqqətinə çatdırıb.
AMEA prezidenti Milli Elmlər Akademiyasında 2022-ci ildən etibarən bir çox əsas
istiqamətlərdə yeniləşmə və islahatların həyata keçirildiyini, akademik elmdə məzmunca
müstəqil dövlətimizin ön mövqeyə çıxardığı reallıqlara dair tədqiqatları daha da
genişləndirmək və möhkəmləndirmək üçün addımların atıldığını söyləyib.
Bildirib ki, Karl Marksın formasiyalar nəzəriyyəsinə əsaslanan sovet dövrləşmə
prinsiplərindən imtina edilib, svilizasiyaların inkişafı və ölkəmizin siyasi-tarixi
reallıqlarına əsaslanan, Azərbaycançılıq üstündə köklənmiş dövrləşdirmə konsepsiyası
işlənib hazırlanıb. Azərbaycan ədəbiyyatının, tarixin, milli-mədəniyyətimizin,
Azərbaycan dilinin çoxəsrlik ortaq inkişaf mərhələləri müəyyənləşdirilib. Sovet
cəmiyyətindən qalma siyasi-tarixi şəxsiyyətlərin unutdurulması metodologiyasının tam
əksinə olaraq, elmimizə tarixi şəxsiyyətlərin, hökmdarların, sərkərdələrin, bu vaxta qədər
qaçaq-quldur adlandırılan xalq qəhrəmanlarının həyatı, dövrü, mühiti, mübarizələri və
ideyalarının əsaslı şəkildə öyrənilməsi əsas vəzifələrdən biri kimi bəyan olunub.
Həmçinin Azərbaycan elmi tarixində ilk dəfə olaraq milli fəlsəfə anlayışı elmi
dövriyyəyə gətirilib, materialist fəlsəfə ilə yanaşı, idealist fəlsəfənin də öyrənilməsinin
örnəkləri meydana qoyulub. Akademiyada sahə ensiklopediyaları yaradıcılığına start
verilib, “Heydər Əliyev Ensiklopediyası” və “Qərbi Azərbaycan Ensiklopediya”sının
hazırlanması istiqamətində əməli addımlar atılıb.
Beynəlxalq əlaqələrə də toxunan məruzəçi Akademiyanın 80 illik inkişafı tarixində ilk
dəfə olaraq Beynəlxalq Elmi Şura, Beynəlxalq Akademiyalararası Tərəfdaşlıq
Akademiyası, Asiya Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası kimi təşkilatların
üzvü olduğunu, həmin qurumların Baş Assambleyalarının rəhbər heyətlərinin
seçkilərində səsvermə hüququna malik olan elmi təşkilat statusunda təmsil olunduğunu,
elm sahəsində dünyada gedən prosesləri, yeni çağırışları yaxından öyrənmək imkanı
qazandığını bildirib.
Bundan əlavə, Prezident İlham Əliyevin Türk dünyasının prioritetliyi haqqındakı
çağırışlarının işığında Fəlsəfə və Sosiologiya İnstitutunda Türk xalqlarının fəlsəfi irsi və
müasir fəlsəfəsi şöbəsi, Memarlıq və İncəsənət İnstitutunda Türk sənət tarixi və mədəni
irsi şöbəsi, Əlyazmaları İnstitutunda Türk əlyazmalarının tədqiqi şöbələri yaradılıb:
“Türk dünyasının təməl kitabı olan Mahmud Kaşğarinin “Divani luğat-it-türk” əsərinin
Xalid Səid Xocayev tərəfindən orijinalından tərcümə edilmiş nadir əlyazma nüsxəsi 86
ildən sonra aşkar edilib, 3 cilddə çap edilməsi və xüsusən UNESCO-nun Baş
iqamətgahında Türk dünyası ölkələrinin türkoloq alimləri ilə birlikdə təqdimatının
keçirilməsi Akademiyanın 80 illik tarixinin ən əlamətdar hadisələrindən biridir.
Hazırda Türkiyə Elmlər Akademiyası ilə birlikdə Azərbaycan-Türkiyə ortaq proqramının,
Qırğızıstan Elmlər Akademiyası ilə “Çingiz Aytmatov Ensiklopediyası”nın Azərbaycan
cildinin sözlüyü, Özbək xalqına məxsus “Alpamış” dastanının tərcüməsi üzərində iş
aparılması, 3 cildlik “Türk xalqları ədəbiyyatı”nın hazırlanmasına başlanılması
Akademiyanın Türk dünyası ailəsi ilə həmrəyliyi və əməkdaşlığının inkişaf etməkdə
olduğunu göstərməkdədir. Hazırda Akademiyada I Bakı Türkoloji Qurultayının 100
illiyinin keçirilməsinə hazırlıq işlərinə başlanılıb”.
Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış siyasətinə uyğun olaraq
Akademiyada həyata keçirilən işlərdən danışan akademik İsa Həbibbəyli dərhal Qərbi
Azərbaycan tarixi, Qərbi Azərbaycan folkloru, Qərbi Azərbaycan və Qarabağ
əlyazmalarının tədqiqi, Qərbi Azərbaycana qayıdış siyasəti və ermənişünaslıq şöbələrinin
fəaliyyətə başladığını və artıq həmin şöbələrin ilk elmi nəşrləri və konfranslarının
meydana qoyulduğunu diqqətə çatdırıb.

Akademiyada geniş miqyaslı struktur islahatlarının aparıldığını bildirən AMEA
prezidenti Azərbaycan dövlətinin inkişaf strategiyasına və milli prioritetlərinə uyğun
olaraq, ayrı-ayrı elmi tədqiqat institutlarında bir sıra şöbələrin yaradıldığını, oxşar
şöbələrin birləşdirildiyini söyləyib.
Həmçinin AMEA-da yeniləşmə və islahatlar dövründə elektron hərəkata start verilib.
AMEA Rəyasət Heyəti aparatında yaradılan “Elektron Akademiya” şöbəsi vasitəsilə
Akademiyanın elmi bölmələrinə və elmi tədqiqat institutlarına aid 31 elmi jurnaldan 21-
nin elektron bazası istifadəyə verilib. Akademiyanın tarixində ilk dəfə olaraq İnsan
Resursları Elmmetrik Məlumatlar Bazası, Rəqəmsal Elmi İnformasiya Resursaları
Sistemi yaradılaraq hər bir əməkdaşın elmi fəaliyyətinin elmmetrik reallığı və istinad
göstəricilərinin müəyyən edilməsi mexanizmi formalaşdırılıb. Azərbaycan dilinin dil
korpusunun işlənməsi sahəsində addımlar atılıb. Sözlərin Universal Funskionallıqla
İşlənməsi sistemi əsasında SUFİ işlək robot modeli işə salınıb.
Türkiyənin TÜBİTAK ULAKBİM DergiParkının elmi jurnallar şəbəkəsinə
Akademiyanın 3 elmi jurnalı daxil edilib. Bundan başqa, Akademiyanın ən müasir
tələblərə cavab verən elmi jurnallarından ibarət Milli Elmlər Akademiyasının Dərgi Park
Elektron jurnallar şəbəkəsi yaradılıb. Hazırda AMEA ilə TÜBİTAK-ın birgə işbirliyi
əsasında elektron jurnalların vahid şəbəkəsi əsasında Türk indeksinin yaradılmasına
doğru addımlar atılmaqdadır.
Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının təsdiq etdiyi Rəqəmsal İnkişaf
Konsepsiyasının qarşıya qoyduğu tələblər əsasında Humanitar və İctimai Elmlər
sferasında süni intellektdən və rəqəmsal texnologiyalardan istifadə edilməsi üçün əlavə
tədbirlər hazırlanaraq həyata keçirilməkdədir.
O cümlədən vurğulayıb ki, Akademiyada yüksək inpakt faktorlu elmi jurnallarda
əməkdaşların göstəricilərinin yüksəldilməsi üçün tətbiq olunan mükafatlandırma sistemi
öz təsirini göstərmiş, nəzərəçarpacaq irəliləyiş müşahidə edilmişdir. Eyni zamanda, gənc
tədqiqatçılarla aparılan işlərin də müsbət nəticələri hiss olunmaqdadır. Bu sahədə tətbiq
edilən mükafatlandırma və rəğbətləndirmə tədbirləri nominasiyaları üzrə iddiaçılar
baxımından rəqabət mühitinin artması müsbət təsir göstərib.
“Bu ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə üzrə layiq gördüyü
Gənclər mükafatçıları arasında Akademiyanın Arxeologiya və Antropologiya
İnstitutunun gənc əməkdaşı Mircavid Ağalarovun da olması çox fərəhləndirici hadisədir
və bu yüksək etimada görə dövlət başçımıza dərin minnətdarlığımızı bildiririk. Hər il
olduğu kimi, bu il də Bakıda və Sumqayıtda təhsil alan 300 nəfərdən çox tələbə
Akademiyanın müxtəlif elmi-tədqiqat institutlarında, Rəyasət Heyəti aparatında, Mərkəzi
Elmi Kitabxanada təcrübə keçirlər. Biz bu işə elmlə təhsilin inteqrasiyası kimi xüsusi
əhəmiyyət verir və lazım olan hər şərait yaradırıq”, – deyə akademik İsa Həbibbəyli
gənclər istiqamətində görülən işlərdən danışıb.
Hazırda Milli Elmlər Akademiyasında daha genişmiqyaslı islahatlar dövrünə keçmək
üçün hazırlıq işlərinin aparıldığını vurğulayan AMEA prezidenti bu gün Ümumi
Yığıncaqda qəbul ediləcək “AMEA-nın 2025-2030-cu illər üzrə İnkişaf Konsepsiyası və
Yol Xəritəsi”nin yeniləşmə və islahat proseslərinin yeni mərhələsinin proqramı və
bələdçisi olacağını söyləyib: “Qeyd etdiyimiz kimi, Akademiyanın kollektivi 35 gündən
sonra 27 mart 2025-ci il tarixdə tamam olacaq Milli Elmlər Akademiyasının 80 illik
yubileyini 2025-ci il ərzində keçirilmiş məsuliyyətli və şərəfli yolun təcrübəsindən

yaradıcı şəkildə istifadə etməklə, davamlı və dayanıqlı ənənələri inkişaf etdirməklə, eyni
zamanda, dünya elminin müasir çağırışlarına və ölkə elminin qarşıya qoyulmuş məsul
vəzifələri dönmədən həyata keçirməklə qarşılamaq inamı ilə fəaliyyətlərini uğurla davam
etdirirlər. Göründüyü kimi, Azərbaycan Milli Elmlər Akademiyası yeniləşmə və
islahatlar mərhələsinin inkişaf ritmləri içərisində fəaliyyətini davam etdirməkdədir”.
Akademik İsa Həbibbəyli məruzəsinin sonunda diqqətə çatdırıb ki, Azərbaycan alimləri,
o cümlədən Milli Elmlər Akademiyasının kollektivi bundan sonra da dövlətimizin
başçısının apardığı siyasəti ürəkdən dəstəkləyəcək, qarşıya qoyulan vəzifələri həyata
keçirmək üçün bütün qüvvələrini və bacarıqlarını sərf edəcəkdir