image-63bfb1192b286backend

Akif Çağatay Kılıç: ”Almaniyada ksenofobiyanın artdığını müşahidə edirik”

image-reklam_sirab_01

Vətəninfo.az  xəbər verir ki, Türkiye Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri Akif Çağatay Kılıç Almaniyada ksenofobiyanın artdığını bildirib.

Almaniyaya görüşlər keçirmək üçün gedən və Türkiyənin Essen Baş Konsulluğunda türk qeyri-hökumət təşkilatları və dərnəklərinin nümayəndələri ilə bir araya gələn  Akif Çağatay Kılıç görüşdən əvvəl mətbuat nümayəndələrinə  açıqlamalar verib.
Son zamanlar Qərb ölkələrində ksenofobiya mənbəli hücumların artmasına diqqət çəkən Kılıç Almaniya rəsmiləri ilə keçirdiyi görüşlərdə bu strukturların bütün təfərrüatları ilə ortaya çıxarılması tələblərini dilə gətirdiklərini bildirib.

Kılıç deyib: ”Almaniyada ksenofobiya mənbəli  hücumların artdığını müşahidə edirik”.

Almaniyada yalnız müsəlmanlara deyil, yəhudilərə qarşı da hücumların olduğuna diqqət çəkən Kılıç deyib: “Bütün bunları ümumi olaraq qiymətləndirdiyimizdə burada ksenofobiya və ifrat sağçı dediyimiz siyasi cərəyanların təsirinin olduğunu görürük”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki