image-mehkem4backend

Ali Məhkəməyə yeni təyin edilən hakimlərin SİYAHISI  

image-reklam_sirab_01

Azərbaycan Respubliaksının Ali Məhkəməsinə yeni hakimlər təyin edilib.

Vətəninfo.az-ın xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında” layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Belə ki, Naxçıvan Muxtar Respubliaksının Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri) Xıdırov Əhliman Mehman oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abdulov Rəşad Məhərrəm oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Zəki Baba oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Vidadi Məmməd oğlu və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Cəfərov Vidadi Cəfər oğlunun Azərbaycan Respubliaksının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb.

Layihə səsverməyə çıxarılaraq təsdiqlənib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki