Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalamaq üçün hər şeyi edəcəyik . Bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib.
“Azərbaycan və Ermənistan Vaşinqtonda tarixi fürsəti əldən vermədilər və buna görə hər iki ölkəyə minnətdarıq.
Bu məsələ Ermənistandakı görüşümün əsas mövzusu olacaq. Sülh müqaviləsinin imzalanması üçün hər şeyi edəcəyik. Azərbaycan Prezidenti də buna hazır olduğunu bildirib”, – deyə Almaniya xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında bildirib.


























